Aydınlıq: `İŞİD silah qəbulu məsələsində Türkiyə və Pakistan ilə razılaşdı`

Maide.az Türkiyənin "Aydınlıq" qəzetinə istinadən xəbər verir ki, İŞİD terror təşkilatı komandirləri birbaşa olaraq Türkiyə ordusu komandirləri ilə əlaqədədirlər. Bundan əlavə Səudiyyəli iş adamı Əl-Şəalanla Pakistandan İŞİD üçün çiyindən atılan min ədəd raketatıcı silahın satın alınması üçün müqavilə imzalanıb.
 
Xəbərdə həmçinin Türkiyə ordusunun İŞİD-in ehtiyacı olan dərman, silah və digər materialları təmin edəcəyi və bunun şəxsən Türkiyə kəşfiyyat təşkilatı MİT tərəfindən koordinasiya edilərək İŞİD-ə veriləcəyi qeyd edilib.

Google+ WhatsApp ok.ru