İŞİD-in son qətliam videosu saxta çıxdı - FOTO

Hollivud İŞİD-in narıncı geyindirilmiş Misir xristinalarını kütləvi qətl etməsi ilə bağlı yayılmış videonun montaj olduğunu ortaya çıxarıb. 
 
Bunu "Ev heyvanlarının qətli" dəhşət filminin rejissoru Meri Lambert aşkar edib.
 
Dünyanı şoka salan videoda İŞİD yaraqlılarının Aralıq dənizi sahilində 21 qibti balıqçını edam edilməsi təsvir edilib. Lambertin sözlərinə görə, qətl səhnəsinin çəkilişi studiyada aparılıb. Çəkiliş "yaşıl ekran"ın istifadəsi ilə gerçəkləşdirilib. Sahil mənzərəsi daha sonra əlavə edilib və çəkilişlər Liviyadakı Sirt körfəzində aparılıb. 
 
“Aralıq dənizini qandan qızarmış Qırmızı dənizə çevirmək dəhşətli effektdir, amma gerçəklikdə 21 nəfərin qanı bunun üçün yetərli deyil, çünki qan havada rəngini dəyişir”,- deyə Lambert vurğulayır. 
 
Meri Lambertin sözlərinə görə, çəkilişlərdə qurban rolunu cəmi 6 nəfər aktyor oynayıb. “Animasiya və “rotoskopinq”dən istifadə edilib: altı fiqur ştamp kimi növbəti kadrlarda təkrar edilir”,- deyə Lambert vurğulayır.
(ans)

Google+ WhatsApp ok.ru