Türkiyənin Suriya ilə sərhədində partlayış

Türkiyənin Reyhanlı rayonunda Suriya sərhədinə yaxın boş sahədə partlayış baş verib. Geniş miqyasda çuxurun yarandığı bölgədə araşdırmalar davam edir.
 
Maide.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görtə, rayon mərkəzi Bahçelievlər məhəlləsi yaxınlığındakı boş ərazidə güclü partlayış olub. Ətrafda yaşayan sakinlər partlayışdan sonra vahiməyə düşərək, evlərindən bayıra çıxıblar. Partlayışın təsirilə ətrafa daş və qaya parçalarının dağıldığı müşahidə edilib.
 
Təhlükəsizlik qüvvələri partlayışın olduğu Suriya sərhədi yaxınlığındakı ərazidə təhlükəsizlik tədbiri görüblər.
 
Geniş miqyasda çuxurun yarandığı bölgədə partlayışın səbəbi araşdırılır.

Google+ WhatsApp ok.ru