BMT TŞ Yərmuk düşərgəsi mühacirlərinin vəziyyətindən nigarandır

Maide.az-ın məlumatına görə, BMT-nin Təhlükəsizlik Şurası dünən Fələstin məsələlər üzrə Yardım və Xilas Agentlliyinin baş komissarı Pyer Krahenbolun çıxışından sonra bəyanat yayaraq, bu düşərgədəki fələstinlilərin ağır vəztiyyətindən son dərəcə nigaranlığını bildirib.
 
Qeyd edək ki, İŞİD terrorçuları son həftələrdə Suriyada yerləşən Yərmuk düşərgəsindəki fələstinli didərgin düşərgəsinə qarşı vəhşicəsinə hücumlarla onlarla nəfəri öldürüb, minlərlə düşərgə sakinini didərgin salıblar. 
 
Təhlükəsizlik Şurası bəyanatda bu düşərgədə tələyə düşmüş mülkilər və didərginlərin otuz milyon dollarlıq fövqəladə büdcənin təmin edilməsi və bu sahədə Yardım və Xilas Agentlliyinin siyasi və beynəlxalq səviyyədə dəstəklənməsi ilə tez bir zamanda xilas edilmələri vacibliyini vurğulayıb.
 
BMT-nin Təhlükəsizlik Şurası Yərmuk düşərgəsindəki fələstinli didərginlərə yardım məqsədilə düşərgədə yerləşən didərginlərə yardımın çatdırılması, düşərgədən kənara köçürülmüş didərginlərə dəstək və bu düşərgədən nicat tapmış didərginlərin məskunlaşdırılması və himayəsinə şamil olan üç maddəlik plan nəzərdə tutub.
 
Bu şura İŞİD-in Suriya və İraqdakı terror hərəkətlərini pisləyərək, bu terrorçu qrupdan istəyibdir ki, tez bir zamanda Yərmuk düşərgəsinin işğalına son qoysun. 
 
BMT-nin statistikalarına əsasən, bu düşərgədə on səkkiz mindən çox mühacir, o cümlədən 3500 üşaq bu döyüşlər zamanı mühasirə edilibdir.

Google+ WhatsApp ok.ru