Ərəb Birliyi birgə silahlı qüvvə üçün toplaşdı

Ərəb Birliyi üzvü olan ölkələrin ordu komandirləri Misirin paytaxtı Qahirədə birgə hərbi güc qurulması məsələsini müzakirə etmək üçün toplaşıb.
 
Maide.az-ın məlumatına görə, Ərəb Birliyinin baş katibi Nəbil Əl Ərəbi birlik çərçivəsində ortaq güc yaratmaq istədiklərini deyib. Keçirilən görüşlərdə regional böhranlar və terror ilə mübarizədə birgə hərəkət məsələləri müzakirə olunub.
 
Birlik Baş Katibi 65 ildir belə bir təşəbbüsdən bəhs edildiyini, artıq fəaliyyətə keçirilməsi lazım olduğunu qeyd edib.
 
Birlik ötən ay keçirilən toplantısında Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndə hava hücumlarını müzakirə etmişdi. 

Google+ WhatsApp ok.ru