“Boko Haram” terrorçu qruplaşması adını dəyişib

Nigeriya və qonşu ölkələrdə fəaliyyət göstərən “Boko Haram” terrorçu qruplaşması adını dəyişib. Bundan sonra qruplaşma “İslam dövlətinin Qərbi Afrika əyaləti” adlanacaq.
 
“Boko Haram” terrorçuları qruplaşmasının adının dəyişdirilməsini Karamqa adasına hücumla qeyd ediblər. Həmin adada Niger ordusunun bazası yerləşir. Hücum zamanı Niger hərbçilərinin ciddi itkilər verdiyi bildirilir. 

Google+ WhatsApp ok.ru