Əfqanıstanda terror

“Taliban” silahlılarının Əfqanıstanın cənubuna etdiyi hücum nəticəsində 19 polis əməkdaşı və 7 hərbçi həlak olub.

Maide.az-ın məlumatına görə, güc strukturlarına məxsus yaşayış məntəqələri mühasirəyə alınıb. Bundan başqa hərbi nəqliyyat vasitələri və xeyli sayda silah-sursat müsadirə edilib. Gilmənd əyalətində əsas yollar bağlanıb.

Ölkənin  Zəbul və Qəndəhar əyalətlərində törədilən terror aktları nəticəsində 11 nəfər həlak olub. Zəbul əyalətində terrorçu-kamikadze idarə etdiyi yük maşınını inzibati binanın qarşısında partladıb. Nəticədə 5 nəfər ölüb, 60 nəfər xəsarət alıb. Qəndəhar vilayətində törədilən partlayış zamanı 6 nəfər dünyasını dəyişib.  

Google+ WhatsApp ok.ru