Ərəbistanın Qətif şəhərində İmam Əli (ə) məscidi şəhidləri son mənzilə yola salınıblar

Səhər Beynəlxalq Televiziyasının Rəy əl-Youma istinadla verdiyi məlumata görə, şəhidlər Qətif şəhərinin yaxınlığında əl-Qədih qəbiristanlığında dəfn olunublar. 
 
Ötən cümə günü bir kamikadze Qətif vilayətinin əl-Qədih şəhərciyində yerləşən İmam Əli (ə) məscidində üzərindəki partlayıcını işə saldı. Bu hadisə nəticəsində 22 nəfər şəhid oldu, 110-dan çox insan yaralandı. Ərəbistan Daxili İşlər Nazirliyi bildirib ki, terror aktını törədən Əbdürrəhman əl-Qəşəmi İŞİD terror qruplaşması ilə əlaqədə olub. 
 
Bu hadisə ötən bir neçə ayda Ərəbistan şiələrinə qarşı 2-ci terror aktı olmuşdur. Ötən noyabr ayında da bir qrup yaraqlı Ərəbistanın şərqində yerləşən əl-Dalvə şəhərciyində 7 şiəyə atəş açaraq onları şəhid etmişdi.

 

Google+ WhatsApp ok.ru