Köhnə model “iPhone” istifadəçilərinə şad xəbər

“Apple” telefonlarının yeni “iOS 9” sistemini “iPhone 4s” və “iPad mini” kimi köhnə modellərdə də istifadə etmək mümkün olacaq.
Maide.az xəbər verir ki, iyun ayında keçiriləcək Dünya Proqramçılarının Konfransında yeni “iOS 9” sistemini təqdim etməyə hazırlaşan “Apple” həm də yeni addım qərar almaq niyyətindədir.
 
Belə ki, yeni proqramlarını köhnə modellərində istifadə etməyən “Apple” bu qərarını dəyişdirərək “iOS 9” sisteminin köhnə modellərdə quraşdırılmasına şərait yaratmaq istəyir.
 
Məlumata görə, hazırda yeni sistemin köhnə modellərə uyğunlaşdırılması istiqamətində ciddi hazırlıq işləri aparılır.

Google+ WhatsApp ok.ru