Əmmar Həkim: Terrorçulara dəstək dayandırılmalıdır

İraq Ali İslam Məclisinin sədri terrorçu qruplara olan dəstəyin kəsilməsini istəyib.
 
Maide.az xəbər verir ki, İraq mediasının məlumatına görə, Türkiyənin İraq səfiri Faruk Kaymakcıyla İraq Ali İslam Məclisi sədri Əmmar Həkim görüşərək, bölgəki prosesləri, təhlükəsizlik və siyasi məsələləri müzakirə ediblər.
 
Regionda bir xərçəng şişi mövqeyində olan terrorizmin kökünün kəsilməsi zərurətini xatırladan və bunun üçün də terrorizmə olan maliyyə və maddi-texniki dəstəyin tamamilə dayandırılması lazım olduğunu bildirən Həkim, terrorizmin bir fərq qoymadığını və onun təsirinin Bağdad, İstanbul və regionun digər mühüm şəhərlərinə yayıla biləcəyini xatırladıb.
 
Əmmar Həkim həmçinin başda su problemi olmaqla İraq və Türkiyə arasındakı münaqişəli məsələlərin həll olunmasını istəyib.

Google+ WhatsApp ok.ru