Ali-Xəlifə rejimi qüvvələri bəhreynli etirazçılara hücum ediblər - FOTO

Maide.az xəbər verir ki, Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri çərşənbə axşamı günü yüzlərlə məktəbli və tələbənin dərslərdə iştirak hüququndan məhrum edilməsinə etiraz olaraq Əbu Səb məntəqəsi sakinlərinin keçirdiyi dinc aksiyaya gözyaşardıcı qazla hücum ediblər. 
 
2011-ci ildə Ali-Xəlifə rejiminə qarşı keçirilən dinc etiraz aksiyalarında iştirak etmək bəhanəsi ilə ittiham olunan çoxlu sayda Bəhreyn vətəndaşı, o cümlədən bir qrup məktəbli və tələbə həbsə məhkum olunublar. 
 
Bilad Qədim, Səmahic, əl-Mühərriq və bir neçə digər bölgənin sakinləri Bəhreynin Milli Birlik İslam Cəmiyyətinin parlament fraksiyasının sabiq nümayəndəsi Şeyx Həsən İsa və digər məhbuslarla həmrəylik məqsədilə aksiya keçiriblər. 
 
Aksiyaçılar şüarlar səsləndirərək bütün tələbləri reallaşana qədər dinc aksiyaların davam edəcəyini vurğulayıblar. 
 
Bəhreyn xalqı ictimai ədalətin icra olunması və həqiqi seçkilərlə seçilən quruluşun iqtidara gəlməsini istəyir.
 
 
 

Google+ WhatsApp ok.ru