Livanlılar etiraz aksiyasına başladılar

Livanın xəbər mənbələri tullantı böhranının davam etməsinə etiraz olaraq livanlıların aksiyayalara başlamasından  xəbər veriblər.
Maide.az xəbər verir ki,  livanlıların bugünkü aksiyası Livan baş naziri Tamam Salamın parlamentdə və bəzi siyasi şəxsiyyətlərin iştirakı ilə parlamentdə fraksiyaların başçılarının danışıqlara başlaması ilə üst-üstə düşüb. 
Məlumata görə, Livan vətəndaşları öz aksiyalarının əsas məqsədini danışıqlar iclasına qarşı askiya adlandırıblar.
 Livan təhlükəsizlik qüvvələri gərginliyin yaranmasının qarşısını almaq üçün Nümayəndələr Məclisinin ətrafında fövqəladə təhlükəsizlik tədbirləri görüb və siyasi şəxsiyyətlərin parlamentə daxi olması üçün xüsusi yol ayırıblar. 
Livan son həftələrdə prezidentin seçilməsi üzrə siyasi qrupların anlaşa bilməməsi səbəbi ilə iqtisadi problemlər, tullantı böhranı və firqə ixtilaflarına görə ictimai etirazlarla üzləşib. /

Google+ WhatsApp ok.ru