Ayətullah Baqir Nimrin qardaşı oğluna edam hökmü verildi

Maide.az "İslamazeri"yə istinadən xəbər verir ki, illərdir Səudiyyə rejiminin həbsxanasında saxlanılan Ayətullah Baqir Nimrin qardaşı oğlu Əli Nimr edama məhkum edilib. Şeyx Nimr tərəfdarlarının aylardır edam əlyehinə etirazlar keçirməsinə baxmayaraq, Səudiyyə rejimi bu qərarı qəbul edib. Şeyx Baqir Nimrin 21 yaşlı qardaşı oğlu və eyni zamanda insan haqları fəalı Əli Nimr  2014-cü ilin may ayında həbs olunmuşdu.  Ayətullah Baqir Nimrin isə Cizan şəhərinin həbsxanasına köçürülməsi qərarına gəlinib. Bu qərarın qəbul edilməsi heç də təsadüf hesab edilmir. Bildirilir ki, bu addım "Ənsarullah"ın Cizan şəhərinə hücumlar həyata keçirməsinə qarşı atılıb.

Google+ WhatsApp ok.ru