İƏT Dağlıq Qarabağda keçiriləcək “seçkilər”i pisləyib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində sentyabrın 13-də keçiriləcək qondarma seçkiləri pisləyən bəyanat yayıb.
 
Bəyanatda deyilir ki, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi qətiyyətli mövqeyinə uyğun olaraq, 2015-ci il sentyabrın 13-də Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçiriləcək “bələdiyyə seçkiləri”ni qeyri-qanuni və BMT Təhlükəsizlik Şurasının, ATƏT, İƏT-in qətnamələrinə zidd hesab edir.
 
Bəyanatda bildirilir ki, İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində, beynəlxalq qətnamələrə və qərarlara uyğun olaraq sülh yolu ilə həlli istiqamətində göstərdiyi səylərdə rəsmi Bakıya dəstəyini davam etdirəcək. /

Google+ WhatsApp ok.ru