Səudiyyə muzdlularının mövqeyi Yəməndə bombardman edildi

Yəməndə xalq müqavimət qüvvələri Səudiyyə Ərəbistan muzdluları və əl-Qaidə terrorçularının Məarib vilayətindəki mövqelərini bombardman edib.
Maide.az xəbər verir ki, Yəmənin rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, Yəmən ordusu və xalq müqavimət qüvvələri şənbə günü Məarib vilayətində əl-Qaidə terrorçuları və Səudiyyə rejim muzdlularının mövqelərini bombardman edib. Nəticədə onlarla nəfər həlak olub, 25 nəfər isə yaralanıb. 
Əl-Qaidə terrorçuları və Səudiyyə rejim muzdluları ötən 6 ayda Ərəbistanın Yəmənə olan təcavüzləri zamanı birbaşa olaraq Səudiyyə Ərəbistandan silah və maliyə dəstəyi alaraq, gücləniblər. 
Başqa məlumata görə, Səudiyyə rejim qırıcılarının hücumları zamanı Təiz vilayətində  yaşayış binası hədəfə alınıb. Nəticədə 11 nəfər həlak olub. 
Ərəbistan qırıcıları həmçinin Yəmənin qərbində yerləşən Hüdəydə limanını 5 dəfə bombardman ediblər. Bu hücumlar zamanı limandakı infrastruktura ciddi  ziyan dəyib. /

Google+ WhatsApp ok.ru