Türk alim kimya üzrə Nobel mükafatına layiq görülüb

İsveç Nobel komitəsi 2015-ci ildə kimya üzrə mükafatın sahibini açıqlayıb. Maide.az xəbər verir ki, türk həkim Əziz Səncər, Birləşmiş Krallıqdan Tomas Lindahl və Pol Modriç DNT-nin bərpası üzrə mexanizmlərin araşdırılmasında göstərdikləri naliyyətlə əlaqədar bu mükafata layiq görülüblər.
 
Professor Doktor Əziz Səncər 1946-cı ildə Mardin Savurda 8 qardaşın 7-cisi olaraq dünyaya gəlib. Səncər 1963-cü ildə girdiyi İstanbul Tibb Fakültəsini 1971-ci ildə bitirib və təhsil üçün ABŞ-a gedib. 1997-ci ildən bu günə kimi Amerika Birləşmiş Ştatlarının Şimali Karolina Universitetinin Biokimya və Biofizika Kafedrasının müəllimi olan professor Səncər hazırladığı 300-ə yaxın elmi məqalə və bu məqalələrlə edilən 12 mindən artıq mühazirələrlə böyük uğura imza atıb.
 
Xərçəng məsələsində gördüyü əhəmiyyətli işlərlə dünya miqyasında tanınan Doktor Əziz Səncər, xərçəng müalicəsində "bədii saat" kəşfinə imza atıb. Əziz Səncər açıqlamasında xərçəng məsələsində mühüm işlər görüldüyünü qeyd edərək, xərçəng probleminin 10 il ərzində həll olunacağına inandığını deyib. Ancaq xərçəngin necə əmələ gəldiyini müəyyənləşdirməyin onu müalicə etmək anlamına gəlmədiyinə işarə edən Səncər, müalicə barədə bir şey demək üçün tez olduğunu bildirib.
 

Google+ WhatsApp ok.ru