Əfqan lider Hikmətyarın komada olduğu bildirilir

Əfqanıstanın keçmiş baş naziri, eyni zamanda Hizbi İslam təşkilatın lideri Gulbəddin Hikmətyarın Pakistanda bir xəstəxanada komada olduğu deyilir.
 
Maide.az xəbər verir ki, Əfqanıstanın ən güclü simalarından biri kimi tanınan Hikmətyarın müalicə görməkdə olduğu Pakistanda ölüm ayağında olduğu iddia edilib.
 
Əfqan hərbi mənbələrinin verdiyi xəbərə görə, uzun müddətdir Pişavər şəhərində yaşayan Hikmətyar, iki gün əvvəl ağırlaşaraq Kəraçi şəhərindəki xəstəxanaya aparılıb. Əfqan səlahiyyətli Əhməd Saidi Hikmətyarın xəstəxanaya yerləşdirildikdən sonra komaya düşdüyünü deyib.
 
Saidi Hikmətyarın vəziyyətinin ümidsiz olduğunu da vurğulayıb.
 
Hikmətyar ABŞ tərəfindən "qlobal terrorçu" elan edilərkən təşkilatı Hizbi İslam da 2015-ci ilin iyulunda da İŞİD-ə beyət etdiyini açıqlamışdı.

Google+ WhatsApp ok.ru