Yunanıstanda islamofobiya artır

 Yunanıstan son bir neçə ildə digər Avropa ölkələri kimi sağçı radikal partiyaların hakimiyyətə gəlməsi ilə İslamofobiya meyllərinin artmasının şahidi olmuşdur.
Maide.az xəbər verir ki, İslamofobiya Müşahidə Qrupu bildirib ki, Yunanıstan son bir neçə il ərzində müsəlmanlara qarşı hücumların artmasının şahidi olub.
Müşahidə qrupu qeyd edib ki, islamofobiya meyllərinin artması “Qızıl Şəfəq” sağçı radikal partiyanın2012-ci ildə hakimiyyətə gəlişi ilə daha kəskin xarakter alıb.
Baş verən ən son islamofobiya xarakterli aktların birində, Yunanıstanın çoxsaylı müsəlmanların yaşadığı “Taras” şəhərinin qərb hissəsində yerləşən bir məscid bazar günü antiislamçıların hücumuna məruz qalıb.
Əhalisinin əksəriyyətinin müsəlmanların təşkil etdiyi 50 min nəfərin yaşadığı “Komotini” şəhərində yerləşən “Yeni” adlı məscid də cümə günü gecə polislərin ərazidə olmadığı vaxt hücuma məruz qalıb. 
Komotini şəhərinin ən böyük məscidi də aprel ayında ekstremistlər tərəfindən yandırılmış və bir hissəsi dağıdılmışdı.
Ötən ilin oktyabr ayında da Afinada yerləşən bir İslam Araşdırmaları Mərkəzi antiislamçıların hədəfinə çevrilmişdi. /
 

Google+ WhatsApp ok.ru