Aİ: Rusiya oyunun qaydalarını dəyişdirdi

Avropa İttifaqının Ali Nümayəndəsi Mogherini, "Suriyada Rusiya oyunun qaydalarını dəyişdirdi", - deyib.
 
Maide.az-ın məlumatına görə, Avropa Birliyi (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federica Mogherini, Rusiyanın Suriyada İŞİD-ə qarşı mübarizədə dəqiq olması lazım olduğunu bildirərək, "Suriyada hərbi mübarizə BMT-nin müəyyən etdiyi terror təşkilatlarına qarşı koordinasiya şəkildə aparılmalıdır. Yoxsa, hərbi olaraq təhlükəli vəziyyətlər ortaya çıxar", - deyib.
 
Aİ-nin Suriya böhranında prosesə siyasi töhfə verəcəyinə diqqəti çəkən Mogherini, "Suriyada Rusiya oyunun qaydalarını dəyişdirdi. Rusiyanın Türkiyənin hava məkanının pozulmasında narahatverici elementlər var" deyə danışıb.

Google+ WhatsApp ok.ru