Əfqanıstan və Pakistandakı zəlzələdə ölənlərin sayı 323-ə yüksəlib

Əfqanıstanda baş verən 7,7 bal gücündə zəlzələdən Əfqanıstan və Pakistanda ölənlərin sayı 323-ə yüksəlib.
 
Maide.az xəbər verir ki, Pakistan Baş Nazirin Mətbuat Bürosundan yayımlanan açıqlamada, "Baş nazir Navaz Şərifin sədrliyi ilə keçirilən iclasda, Pakistanda 228 nəfərin həyatını itirdiyi, 620 nəfərin yaralandığı bildirildi" deyilir.
 
Açıqlamada, Pakistan hökumətinin zəlzələdən zərərçəkənlərə hər cür yardım göstərəcəyini deyən Baş nazirin zəlzələ bölgələrini ziyarət etdiyi və dağıntı haqqında məlumat aldığı qeyd edilib.
 
Episntri Əfqanıstanın paytaxtı Kabilin 254 kilometr şimal-şərqindəki Hindukuş dağları olan və yerin 212,5 kilometr dərinliyində baş verən zəlzələdən sonra Pakistanın şimalında 3 min 320 evin dağıdıldığı, dağıntı altında qalanların tapılması üçün axtarış xilas etmə işlərinin davam etdiyi bildirilib.
 
Xatırladaq ki, Pakistanda 8 oktyabr 2005-ci ildə baş verən 7,6 bal gücündəki zəlzələdə 75 min nəfər ölmüşdü.
 
Əfqanıstanda da zəlzələyə görə 95 nəfər ölüb, 440 adam yaralanıb.
 
Ölü və yaralı sayının dağıntı altında qalanların çıxarılması ilə artacağı deyilir.
 
Zəlzələdən sonra ölkənin Kunar və Badahşan şəhərləri başda olmaqla Nangarhar, Tahar, Lağman və Pərvan şəhərlərində çoxlu sayda evin dağıldığı qeyd olunub.
 
Digər tərəfdən, zəlzələdə ən çox ziyanın Kunar və Badahşan şəhərlərinin çöl sahələrində olduğu, ancaq Taliban nəzarətində olması və bəzi bölgələrdə də münaqişələrin davam etməsi səbəbindən hökumətə bağlı yardım briqadalarının və media mənsublarının bu bölgələrə çatmadığı bildirilib.

Google+ WhatsApp ok.ru