Meksikada qasırğadan 10 minə yaxın ailə zərər çəkib

Meksikanın Sakit okean sahillərindən Amerika Birləşmiş Ştatları istiqamətində hərəkət edən "Mari" qasırğasından Meksikada 10 minə yaxın ailə zərər çəkib. Qasırğa, əsasən, ölkənin cənub-qərbində yerləşən Oxaka ştatına ciddi ziyan vurub. Ştatın ən çox zərər çəkən  yaşayış məntəqələrində fövqəladə vəziyyət elan edilib. Təbii fəlakət yollarda dağıntılara, daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Qasırğanın mərkəzində küləyin sürəti hazırda saatda 230 kilometrdən çoxdur, lakin meteoroloqlar "Mari" qasırğasının tədricən zəifləyəcəyini proqnozlaşdırırlar.

Google+ WhatsApp ok.ru