Ərbəin ziyarətçiləri üçün İraq vizasının verilməsi asanlaşır 05 Noyabr 2015 02:00 Dünya İraqın Xarici İşlər Nazirliyi 4 noyabr çərşənbə günü Ərbəin mərasimləri üçün ölkəyə gələn xarici zəvvarlara viza qiymətlərinin bahalaşmayacağını elan edib. Maide.az xəbər verir ki, İraq Xarici İşlər Nazirinin aparatı bəyanat yayaraq bildirib: ölkənin XİN rəhbəri İbrahim Cəfəri Ərbəin mərasimlərində iştirak etmək istəyən insanlara viza verməklə əlaqədar qonşu İranın DİN və XİN birgə Komissiyasının iclasında iştirak edib və iclasda dünyanın müxtəlif ölkələrindəki İraq səfirliklərində viza verilməsi prosedurunu sadələşdirilməsi üçün Nazirliyin müvafiq normativ qaydalarına baxılmış və həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılmışdır. İraq rəsmiləri iclasda Ərbəin mərasimləri üçün ölkəyə gələn xarici zəvvarlara viza qiymətlərinin bahalaşmayacağını bir daha qeyd ediblər. Qeyd edək ki, hər il Həzrət İmam Hüseyn (ə) Ərbəin mərasimləri ilə əlaqədar İraqın müxtəlif şəhərlərindən və dünyanın müxtəlif ölkələrindən, xüsusilə də Azərbaycan və İrandan milyonlarla insan Kərbəla şəhərinə üz tuturlar. İran və İraq Ərbəin mərasimində zəvvarların rahatlığın təmin etmək üçün və işlərin kordinasiyalı şəkildə görülməsi məqsədi ilə xüsusi komitə yaradıb. / Teqlər : #Ərbəin ziyarətçiləri üçün İraq vizasının verilməsi asanlaşır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həyata ümid zəngin ölkələrdə artıb, ABŞ-da isə azalıb Kuveyt Ümumdünya İslam Bankçılığı Konfransına ev sahibliyi edəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO