Hollandiyada anti-islam aksiyası toqquşmalara səbəb oldu

Hollandiya polisi Utrext şəhərində radikal Pegida partiyası tərəfindən keçirilən anti-islam aksiyasında 32 nəfəri həbs edib.
Maide.az xəbər verir ki, həbs edilənlər arasında həm anti-islam aksiyasının tərəfdarları, həm də buna qarşı çıxanlar var idi.
Keçirilən bu anti-islam mitinqi 150 nəfərədək insanın Utrext şəhərinin “Hooglund Park” rayonunda baş tutb. Aksiya iştirakçıları əllərində plakatlar tutaraq, qaçqın və müsəlman miqrantların Avropaya girişinə qarşı çıxdıqlarını bildiriblər. Onlar həmçinin anti-islam və islamofobiya düşüncəsindən qaynaqlanan şüarlar səsləndiriblər.
Etirazçılar habelə əllərində İslamofobiyaya dair karikatura rəsmləri və anti-islam məzmunlu yazılar daşıyırdılar.
Polis bunu zorakılığın yayılması kimi qiymətləndirərək, onu qeyri-qanuni hesab edib müsadirə etmişdir.
Ötən həftə Utrext şəhər meri Yan Fan Zanen etiraz aksiyası keçirməklə bağlı Pegida partiyasının müraciətini rədd etmişdi. /

Google+ WhatsApp ok.ru