Ərbəin ziyarətçiləri Qurani-Kərimin ayələrini yazırlar -FOTO

İraqın “Zülfüqar” İslam İnstitutu və qrupunun rəhbəri Cəmil Zaheri deyib: Bir qrup gənc bu İnstitutda yeni üslub və şivədə zəvvarlara xidmət göstəriblər.
 
Maide.az xəbər verir ki, o əlavə edib: Bu layihədə Ərbəin ziyarətçiləri bizim İnstitutun nəzdində fəaliyyət göstərən layihədə iştirak edərək Qurani-Kərim ayələrini yazmağı sınayıblar və əgər onların xətti qəbul olunubsa, Quran ayələrini yazıblar.
 
Əli Cəmil əz-Zaheri qeyd edib: Bu layihə çərçivəsində bizdə iki Quran var idi ki, bunlardan biri kalliqraf və xəttatların yazdıqları və digəri isə xəttləri bəyənilən ziyarətçilər tərəfindən yazılan versiyadır.
 
O vurğulayıb: İnstitut gələcəkdə bunun üçün daha çox məntəqələrin yaradılması və xəttatlıqla yazılmış bu Quran versiyalarını İmam Əli (ə), İmam Hüseyn (ə), Hz. Abbas və İmam Kazım (ə) ziyarətgahlarının muzeylərinə göndərməyi nəzərdə tutur.
 
Cəmil Zaheri əlavə edib: Bu layihədə müxtəlif ölkələrdən, o cümlədən Britaniya, Pakistan, İran, Ərəb ölkələri və bir çox iraqlı zəvvarlar iştirak edirdi./
 
 

Google+ WhatsApp ok.ru