Şəhid əsgər Hacıqabul rayonunda dəfn edilib

Dekabrın 14-də şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü əsgər Nihad İltifat oğlu Rəhimli doğulduğu Hacıqabul rayonunda dəfn edilib.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış N. Rəhimli snayper gülləsinə tuş gəlib.
 
Dəfn mərasimində Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, şəhidin xidmət etdiyi hərbi hissənin komandir və əsgər heyəti, Şirvan şəhər və Hacıqabul rayon icra hakimiyyəti başçıları, şəhidin yaxınları, vətəndaşlar iştirak edib. 

Google+ WhatsApp ok.ru