Əl-Xəlildə şəhid ailələri etiraz aksiyası keçirib

 
Əl-Xəlil sakini olan şəhidlərin ailələri övladlarının cənazələrinin təhvil verilməməsinə etiraz olaraq aksiya keçirib.
 
Maide.az Tasnim xəbər agentliyinə istinadən məlumat verir ki, fələstinli şəhidlərin ailələri bazar ertəsi günü sionist rejim tərəfindən şəhidlərin cənazələrinin təhvil verilməməsinə etiraz olaraq əl-Xəlil şəhərinin girişi yaxınlığında Ras əl-Curə məntəqəsində aksiya keçirib.
 
Öz şəhidlərinin şəkillərini əllərində tutan etirazçılar əl-Xəlil şəhərinin girişində keçidin qarşısını almaqla şəhidlərin cənazələrini heç bir şərt olmadan təhvil verilməsini istəyiblər.
 
Bu ailələrin sözçüsü Raid əl-Ətrəş Özünüidarə Təşkilatı rəsmilərinə şəhidlərin qaytarılması üçün müraciət etdiklərini və sionist rejim tərəfindən cənazələrin təhvil verilməməsi problemi ilə mübarizədə ictimai addımların atılmasını istəyib.
 
Sionist rejim rəsmiləri Qüds İntifadasında şəhid olan 142 fələstinlidən  46 -sının cənazəsini şəhid ailələrinə təhvil verməyib. 
 
İşğalçılar həmçinin bu şəhidlərin ailələrinə şərt qoyublar ki,  dəfn mərasimi gecə vaxtı və çox az sayda insanın iştirakı ilə keçirilməlidir. /

 

Google+ WhatsApp ok.ru