Şəhid məzarları digər qəbirlərdən seçiləcək

Vətən uğrunda canından keçənlər , şəhidlik zirvəsinə yüksələnlər bu adla hamıdan fərqlənirlər. Bundan sonra onların məzarları da fərqlənəcək. Harda dəfn olunduğundan asılı olmayaraq onların məzarında şəhid olduğunu bildirən xüsusi əlamətlər olacaq.
 
Şəhidlərin məzarları digər məzarlardan fərqlənəcək. Bununla bağlı artıq bir neçə təklif irəli sürülüb. Təkliflər Nazirlər Kabinetindən müzakirə olunduqdan sonra yekun bir təklif qəbul olunacaq və bundan sonra bütün şəhidlərin məzarları seçiləcək.
 
Şəhidlərin məzarlanının fərqləndirilməsi üçün müxtəlif versiyalarda təkliflər var. Bunlardan biri  şəhid məzarlarında ay ulduzun həkk olunması və ya abidəsinin qoyulmasıdır. Digər bir təklif Azərbaycan  bayrağının məzarın üzərində dalğalanması və ya bayrağın məzarın üzərinə həkk olunmasıdır, vahid qərar qəbul olunacaq.
 
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyir ki, bu hal qanun predimeti deyil, təkliflər Prezidentin sərəncamı və ya Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilə bilər.  xezerxeber 
 

Google+ WhatsApp ok.ru