Ərəblər yağış yağdırmağa görə milyardlarla pul ödəyəcək

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) daha bir fantastik layihə ilə dünyanı şoka salmaq istəyir.
 
Maide.az xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri dünyanın bir çox ölkələri kimi yağış qıtlığından əziyyət çəkir. Bu problemi aradan qaldırmaq üçün ərəblər krallığın ərazisində nəhəng bir dağ tikdirmək fikirindədirlər. Layihəyə rəhbərlik edən alimlər bildirirlər ki, qurulacaq süni dağ ölkədə yağıntıların sayını xeyli artıracaq. 
 
Hesablamalara görə, nəhəng layihə milyardlarla dollar hesabına başa gələcək. Dağın nədən düzəlməsi hökümət tərəfindən hələlik bildirilmir. Lakin o dəqiqdir ki, dağ amerikalı alimlər tərəfində ərsəyə gələcək.
Alimlər yaxın gələcəkdə dağın necə olacağını müəyyənləşdirəcəklər. Bunun üçün isə onlar əmələ gətirəcəkləri süni dağa düzgün ərazi, hündürlük və forma verəcəklər. /

Google+ WhatsApp ok.ru