Əsgərimiz şəhid olub

Mayın 8-də qoşunların təmas xəttindəki atışmada Azərbaycan ordusunun bir hərbi qulluqçusu həlak olub.
 
Maide.Az bildirir ki, xəbəri Müdafiə Nazirliyi yayıb.
 
Müdafiə Nazirliyi həlak olan əsgər Əli Heydərovun valideynlərinə və Azərbaycan xalqına başsağlığı verir.
 
Aprelin 2-dən 5-dək təmas xəttində ağır döyüşlər gedib və hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəsə razılaşıblar. Buna baxmayaraq, hələ də, hər gün atəşkəsin pozulduğu bildirilir.

Google+ WhatsApp ok.ru