Ərbəin zəvvarlarının sayı ötən ilə müqayisədə 2.5 dəfə artıb - VİDEO 14 Noyabr 2016 02:00 Səfər İrandan Ərbəin ziyarətinə gedən zəvvarların sayı ötən illə müqayisədə 2.5 dəfə artıb. Bunu Ərbəin zəvvarlarının məskunlaşdırılması üzrə komitənin sədri Həsən Pelarak deyib. Maide.Az xəbər verir ki, İran televiziyasına müsahibə verən H. Pelarak indiyədək Xuzestan əyalətində yerləşən sərhəd-buraxılış məntəqələrində zəvvarların gediş-gəlişi üçün yaradılmış şəraitin yaxşı səviyyədə olduğunu, Mehran sərhəd-buraxılış məntəqəsində isə bu durumun qənaətbəxş olduğunu deyib. H.Pelarak deyib ki, bu il Səfər ayının 4-dən Nəcəf şəhərində 200 min nəfərdən çox zəvvar var idi. “İndiyədək 1 milyondan çox zəvvar İran sərhədləri vasitəsi ilə İraqa keçib. Onlardan 40 faizi Mehran sərhəd-buraxılış məntəqəsi, 30 faizi Şələmçə, 22 faizi Çəzabə və qalanı isə təyyarə ilə İraqa səfər edib”. O, İraq ərazisində zəvvarların daşınması üçün 850 avtobus və 200 ədəd yük maşınının xidmət göstərdiyini bildirib. Qeyd edəcəyimiz videoda Mehran sərhəd buraxılış məntəqəsində Kərbəlaya getmək istəyən zəvvarların izdihamı müşahidə edilir. / Teqlər : #Ərbəin zəvvarlarının sayı ötən ilə müqayisədə 2.5 dəfə artıb VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İmam Sadiqin (ə) Ərbəin zəvvarlarına 13 tövsiyəsi Ərbəin günü ərəfəsində Nəcəfdə Əhli-Beyt (ə) aşiqlərinin mənəvi əhval-ruhiyyəsi -FOTO