Əfqanıstanda mədrəsədə partlayış olub, azı 9 nəfər ölüb

Əfqanıstanda mədrəsədə partlayış olub, azı 9 nəfər ölüb

Heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti üzərinə götürməyib
 
Əfqanıstanın Pərvan əyalətində mədrəsədə güclü partlayış baş verib. 
 
Hadisə nəticəsində azı 9 nəfərin öldüyü, qurbanların da yerli dini icmanın rəhbəri və 8 tələbəsi olduğu bildirilir.
 
Partlayıcı qurğu dərs prosesi zamanı sinif otağında işə düşüb. 
 
Yaralılar barədə hələlik məlumat yoxdur. 
 
Heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti üzərinə götürməyib. (report) /

Google+ WhatsApp ok.ru