Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilir 09 May 2017 01:00 Dünya Cənubi Koreyada prezident seçkiləri keçirilir. Seçki məntəqələrində səsvermə yerli vaxtla saat 06.00-da başlayıb, saat 20.00-da başa çatacaq. "Gallup Korea" şirkətinin apardığı sorğunun nəticələrinə görə (mayın 3-də dərc olunub), 13 namizəd arasında Demokrat Partiyanın namizədi Mun Çje İnin şansı daha yüksək qiymətləndirilir (38 faiz). Mərkəzçi Xalq Partiyasının namizədi An Çxol Su 20 faiz göstərici ilə ikinci yerdədir. Qeyd edək ki, Cənubi Koreyanın xanım prezidenti Pak Kın Xe vaxtından əvvəl vəzifədən kənarlaşdırılıb, daha sonra isə rüşvətxorluq və hakimiyyət səlahiyyətlərindən su-istifadə cinayətlərində ittiham olunaraq həbs edilib. Bu səbəbdən ölkədə növbədənkənar prezident seçkiləri təyin olunub. (apa) / Teqlər : #Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Belçikada halal ət kəsimi qadağan edilir Əfqanıstanda mədrəsədə partlayış olub, azı 9 nəfər ölüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO