Şəhidimiz bu gün doğma kəndində dəfn olunacaq  - YENİLƏNİB -FOTO

Şəhidimiz bu gün doğma kəndində dəfn olunacaq - YENİLƏNİB -FOTO

-- Şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk

Xəbər verdiyimiz kimi, dekabr ayının 13-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə atəşkəs rejimini pozub. Nəticədə hərbi qulluqçumuz, 1978- ci il təvəllüdlü gizir Salahov Fizuli Süleyman oğlu şəhid olub.
 
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, 39 yaşlı Fizuli Salahov bu gün doğulub boya-başa çatdığı Şabran rayonunun Gəndov kəndində dəfn olunacaq.
 
Qeyd edək ki, şəhidimiz 15 il Azəbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.
 
***
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu şəhid olub.
 
Bu barədə APA-ya MN-dən bildirilib.
 
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!
 

Google+ WhatsApp ok.ru