ABŞ prezidentinin Böyük Britaniyaya səfəri gözlənilir

ABŞ prezidentinin Böyük Britaniyaya səfəri gözlənilir

ABŞ prezidenti Donald Trampın cari ilin dekabrında Böyük Britaniyaya səfəri gözlənilir.
 
Maide.Az "azərtac"a istinadla xəbər verir ki, Tramp NATO-nun yaranmasının 70-ci ildönümü münasibətilə Londonda keçiriləcək tədbirə qatılacaq.
 
NATO-nun baş katibi Jens Stoltenberq yubiley tədbirində müttəfiqlərlə bir sıra vacib məsələləri müzakirə edəcəklərini söyləyib.
 
Baş nazir Tereza Mey deyib: “Böyük Britaniya NATO-nun qurucu üzvlərindən biridir və mən çox şadam ki, baş katib yubileyi qeyd etmək üçün liderlərin toplantısını bizim ölkədə keçirmək istəyib”.
 

Google+ WhatsApp ok.ru