Şəhid general Qasım Süleymani İstanbul və İğdırda anıldı - FOTO

Şəhid general Qasım Süleymani İstanbul və İğdırda anıldı - FOTO

İranın İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri general-leytenant Qasım Süleymaninin ABŞ terror nəticəsində şəhid olması səbəbiylə Müqavimət cəbhəsi tərəfdarı olan minlərlə insan ABŞ-ın İstanbul Baş Konsulluğunun qarşısında toplaşaraq etiraz aksiyası keçiriblər.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, ABŞ-ın bu vəhşi cinayətini qınayan xalq, “Qatil ABŞ”, “Qatil İsrail”, “Hamımız Süleymaniyik”, “Muhammedin ordusu kafirlərin qorxusu”, “Şiə Sünnü qardaşdır, bunu pozan əclafdır” şüarlarını səsləndiriblər.
 
İğdırda isə Sahibəz-Zaman (ə.f.) məscidində başlayan mərasim, daha sonra çöldə də davam edib. Küçədə sinə vurularaq, nöhələr söylənilib, tez-tez “Məhv olsun Amerika, məhv olsun İsrail, məhv olsun Ali Səud, məhv olsun münafiqlər” şəklində şüarlar səsləndirilib və dərhal sonra də Amerika və İsrail bayraqları yandırılıb.
 
Mitinq oxunan Fərəc duası ilə sona çatıb.
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru