Çində 2 yapon casus həbs olundu

Çində casusluq iddiası ilə iki yapon vətəndaşın həbs olunduğu bildirilir.
 
Maide.az xəbər verir ki, NHK NHK-nın bildirdiyinə görə, iyun ayında 50 yaşı olan bir yapon qadın Şanxayda, 60 yaşlı bir kişi isə paytaxt Pekində casusluq ittihamı ilə həbs olunub.
 
Yaponiya Xarici İşlər Nazirliyi hələ də məsələ ilə bağlı açıqlama verməyib.
 
Yaponiya keçən ay iki vətəndaşının Çində casusluq ittihamı ilə həbs olunduğunu açıqlamışdı. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Honq Ley yaponların may ayından bu yana Cıciang əyalətindəki hərbi həbsxanada məhbus olduğunu bildirmişdi.
 
Yapon inşaat firmasının 4 əməkdaşı da 2010-cu ildə Çinin Hebei bölgəsindəki hərbi obyektin fotoşəkilini çəkdiyi üçün saxlanılıb, ancaq bir neçə həftə sonra sərbəst buraxılmışdı.

Google+ WhatsApp ok.ru