ABŞ-da baş verən silahlı insident nəticəsində 4 hərbçi ölüb

ABŞ-da silahlı insident nəticəsində 5 nəfər yaralanıb. Hadisə Tennesi ştatının Çattanuqa şəhərində baş verib
 
Naməlum şəxs atəş açaraq ABŞ Hərbi-Dəniz Donanmasının 4 hərbi qulluqçusu və 1 polis əməkdaşını yaralayıb.
 
Rəsmi mənbələr hadisə nəticəsində 5 nəfərin xəstəxanaya yerləşdirildiyini təsdiqləyib. Yaralananlardan 4-ü ölüb.
 
Atəş açan şəxsin kimliyi və motivi məlum deyil. ABŞ prokurorluğu silahlı insidenti terror aktı kimi qiymətləndirib. Bu barədə prokuror Bill Killian bildirib.
 
Məlumata əsəsən, atəş açanın Çattanuqa sakini, 24 yaşlı Məhəmməd Yusif Əbdüləziz olması müəyyən edilib.
 
Hərbçilərə hücum edən şəxs öldürülüb.

Google+ WhatsApp ok.ru