Moskvada güclü partlayış 16 İyul 2015 01:00 Dünya Rusiyanın paytaxtı Moskvada Kazan vağzalında partlayış olub. ANS-in məlumatına görə, partlayış baş verən zaman orada olan insanlar saxlanma kamerasında bərk gurultu səsinin eşidildiyini deyiblər. Hadisə yerinə gələn mütəxəssislər partlayışın 249 saylı kamerada baş verdiyini müəyyən ediblər. Partlayışın gücü hələlik müəyyən edilməsə də, kameranın qapısını qopara bilib. Rusiyanın Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi də belə bir hadisənin baş verdiyini təsdiqləyib. Bildirilib ki, bu gün Rusiya vaxtı ilə saat 14:20-də Kazan vağzalının saxlanma kameralarından birində partlayış olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yalnız kameralardan birinin qapısı yüngül xəsarət dəyib. Onlar hadisə yerində yoxlama işlərinin və araşdırmanın aparıldığını bildiriblər. Hadisə nəticəsində xəsarət alanların, zərər çəkənlərin olmadığı deyilsə də, təhlükəsizlik məqsədilə vağzalın sağ hissəsinin əməkdaşları təxliyə ediliblər. Orada heç bir təcili yardım maşınlarının olmadığı da deyilir. / Teqlər : #Moskvada güclü partlayış, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fransada isti hava 1 həftədə 700 nəfərin ölümünə səbəb olub ABŞ-da baş verən silahlı insident nəticəsində 4 hərbçi ölüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO