ABŞ-dakı ilk İslam Universiteti rəsmən tanındı

ABŞ-ın ilk İslami universiteti "Zaytuna College" (Zaytuna Kolleci) ABŞ-ın Ali Təhsil Sistemi tərəfindən tanınıb.
Kaliforniyanın Berkeley şəhərində 2010-ci ildə ABŞ-ın ilk İslam universiteti olaraq tədrisə başlayan Zaytuna Kollecinin Məktəblər və Kolleclər Qərb Birliyinə (WASC) akkreditə olduğu açıqlanıb.
ABŞ-da özəl və dövlət universitetlərinin akkreditasiyasına cavabdeh olan 6 rəsmi təşkilatlarından biri də WASC-dır.
Zaytuna Kollecdə tələbələrə İslam hüququ, teologiya və ərəb dili tədris olunur.
Həmzə Yusif ilə Zaid Şakir adlı amerikalı müsəlmanlar tərəfindən 1996-ci ildə təsis olunan Zaytuna Kolleci 2009-ci ildə sosial elmlər universitetinə çevrilib. 2010-ci ildə isə ABŞ-ın ilk İslam universiteti olaraq tədris verməyə başlayıb.
"İnşallah bunun arxasından daha çox müsəlman universitetləri gələcəkdir", - deyə Həmzə Yusif bildirib./
 

Google+ WhatsApp ok.ru