Türkmənistanda dinc mitinqlərə icazə veriləcək 12 Mart 2015 02:00 Dünya Türkmənistan prezidenti Gurbangulu Berdımuxammedov müəyyən qrupların iyunun 1-dən ölkədə dinc mitinqlər keçirməsinə icazə verib. Dövlət informasiya agentliyinin məlumatına görə, yeni qanuna görə, kütləvi tədbirlərin təşkilatçıları Türkmənistan vətəndaşları, bu tədbirlərə görə məsuliyyəti üzərinə götürə bilən partiya, iсtimai qruplar və dini təşkilatlar ola bilər. Mitinqlər prezident sarayı da daxil olmaqla hökumət binalarından azı 200 metr aralıda keçirilə bilər. Amma bu tədbirləri şəxsi adamlar və xarici hökumətlər maliyyələşdirə bilməz. Amma ölkə qanunvericiliyi ilə qadağan edilmiş partiya və təşkilatlar mitinq keçirə bilməzlər. Sənəddə deyilir ki, qanun vətəndaşların idinc toplaşma hüququnun həyata keçirilməsinə yönəlib. Türkmənistanda hökumət əleyhinə son mitinq 20 il bundan əvvəl keçirilib. Həmin aksiyanın iştirakçıları narkoman və içki düşgünlləri kimi həbsə atılıb./ Teqlər : #Türkmənistanda dinc mitinqlərə icazə veriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Almaniyanın keçmiş baş naziri: `Putinin addımlarını ciddi qəbul edin` ABŞ-dakı ilk İslam Universiteti rəsmən tanındı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO