ABŞ-da müsəlman məktəbli əl işi düzəltdiyi üçün həbs olunub

Amerikanın Texas polisi 14 yaşlı müsəlman yeniyetmənin əl işinə görə həbs edib. 
Maide.az Presstv-yə istinadən məlumat verir ki,  polis iddia edib ki, uşağın düzəltdiyi əl işi bombaya oxşadığı üçün yeniyetməni həbs edib. 
Amerikalı yeniyetmə Əhməd Məhəmməd  jurnalistlərə açıqlamasında bildirib ki, evdə hazırlamaq üçün əl işi düzəltməli idim, məndə bir saat düzəldib onu İrving şəhərinin MakArtur məktəbində müəllimim üçün apardım. “Müəllim saatı gördükdən sonra məni təbrik etdi və tapşırdı ki, saati kimsəyə göstərməyib, az müddət sonra saatın zəngi çaldı və müəllim düşündü ki, mənim əl işim guya bir bombadır”. 
Yeniyetmə bildirib ki, məktəbin directoru məni sinifdən çıxardı və bir neçə polis gəlib məndən sorğu-sual etdi və qandallayıb apardı. 
Sudan əsilli Əhməd Məhəmmədin atası deyir ki, saat taxta və bir neçə simin dicital səhifəyə birləşməsindən başqa bir şey deyil. “Oğlum 11 sentyabr hadisəsindən sonra müsəlman olduğu üçün dəfələrlə bu kimi pis hadisələrlə üzləşib”
Qeyd edək ki, bu hadisə sosial mediada çoxlu reaksiyalara səbəb olub.  ABŞ İslami Əlaqələr Şurası bu hadisə ilə bağlı araşdırma başlayıb.  
Qeyd edək ki, ABŞ və Qərb ölkələrində islamofobiya son vaxtlar getdikcə artmaqdadır. /
 
 

Google+ WhatsApp ok.ru