Bağdadda şiələrin yaşadığı məhəllədə 2 terror: 12 nəfər ölüb

Maide.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İrağın paytaxtı Bağdadda növbəti terror aktı baş verib. İki terrorçu şəhərin əsasən şiələrin məskunlaşdığı Bab Əl-Şarki qəsəbəsində özlərini partladıb. Partlayışlar nəticəsində 8 nəfər həyatını itirib, 18 nəfər yaralanıb.
 
Elə bu partlayışla eyni vaxtda yenə də şiələrin məskunlaşdığı Bab Əl-Muadam məhəlləsində 4 nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələn növbəti terror aktı qeydə alınıb.
 
Polis terror aktlarının arxasında İŞİD-in olduğunu bildirir. 

Google+ WhatsApp ok.ru