ABŞ-da polis 18 yaşlı yeniyetməni güllələyib

ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində polis 18 yaşlı yeniyetməni güllələyib. Trend xəbər verir ki, bu barədə RİA Novosti “St. Louis Post-Dispatch” nəşrinə istinadən məlumat yayıb.

İnsident dünən axşam baş verib. Öldürüləni öz anası tanıyıb. O, 18 yaşlı Antonio Martin olub.

Qadının sözlərinə görə, yeniyetmə yerli asayiş keçikçisi tərəfindən öldürülüb. İstintaq aparılır.

Xatırladaq ki, bu ilin avqustunda Sent-Luis yaxınlığında yerləşən Ferqyuston şəhərində qaradərili yeniyetmə Maykl Braun polis tərəfindən qətlə yetirilmişdi. Bu hadisə Birləşmiş Ştatlarda ciddi etirazlara və nümayişlərə səbəb olmuşdu.
/

Google+ WhatsApp ok.ru