ABŞ-da qaradərilini öldürən polis zabiti bəraət qazandı

Amerikalı ağdərili zabit bu ölkədə qaradərilinin qətli ittihamından bəraət qazanıb.
Maide.az xəbər verir ki,  Amerikanın Viskansin ştatının polis idarəsi qaradərili  yeniyetməni qətlə yetirmiş ağdərili zabit Mət Keniyə bəraət qazandırıb. 
45 yaşlı Keni aprelin 6-da Viskansin ştatının Medison şəhərində 19 yaşlı Toni Robinsonu güllə ilə öldürüb.
Robinson xəstəxanada vəfat etdikdən sonra  Medisonun polis rəisi Mayk Kovel qətlə yetirilmiş şəxsin silahsız olduğunu demişdi.
Amerikada polisin ötən bir neçə ildə rəhmsiz və rasistcəsinə hərəkətləri artıb. 
ABŞ-da polis tərəfindən qaradərililərin öldürülmələrinin artmasının ardınca bu ölkənin müxtəlif bölgələrində  polis zorakılığına qarşı etirazlar genişlənib./

Google+ WhatsApp ok.ru