ABŞ-ın 2300 texnikası terrorçuların əlinə keçib

İraqın Baş naziri Heydər əl Abadi bildirib ki, vəhabi İŞİD terrorçuları ötən il Mosul şəhərini tutarkən ABŞ istehsalı olan çoxlu sayda silah və 2300 ədəd zirehli “Hummer” avtomobili ələ keçiriblər.
 
Maide.az xəbər verir ki, İraq ordusunun bu zirehli ciplərini ələ keçirməsi İŞİD terror qruplaşmasının hərbi əməliyyatlarını daha da artırıb. Onlar bu texnikalarla bəzi şəhərlərin ələ keçirilməsini həyata keçirirlər.
 
Xatırladaq ki, bu ilk hadisə deyil. Bundan sonra da dəfələrlə İraq ordusu içərisindəki ABŞ-ı dəstəkləyən komandirlər heç bir səbəb olmadan bütün texnikalarını ataraq, mövqelərini tərk edirlər. Bundan sonra da terrorçular həmin texnikaları ələ keçirirlər. Sonuncu belə hadisə Ramadi şəhərində baş vermişdi.

Google+ WhatsApp ok.ru