Fələstinlilərin həbsi şiddtələnib

Maide.az xəbər verir ki, sionist hərbçilər ötən iki sutka ərzində İordan çayının qərb sahilində yerləşən Beyt-Ləhm, Nablus, Cəbəə və Cinin şəhərlərində fələstinlilərin mənzillərinə basqın edərək, 15 fələstinlini həbs edib və naməlum məkana köçürüblər. 

Fələstinli Əsirlər üzrə Araşdırma Mərkəzinin bildirdiyinə görə, cari ilin əvvəlindən sionist başçılar fələstinlilər üçün 300-dən çox qeyri-qanuni həbs hökmü veriblər və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə altı dəfə artıqdır. 

Fələstinli Əsirlərin İşləri üzrə Mərkəzin bildirdiyinə görə, hazırda İsrail rejiminin həbsxanalarında 6500 fələstinli əsir saxlanılır ki, onların arasında 480 nəfər məsul idarə işçiləri var. 

Google+ WhatsApp ok.ru