ABŞ-ın Ankaradakı səfiri XİN-ə çağırıldı

ABŞ-ın Ankaradakı səfiri Con Bass Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
 
Maide.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Kürd Fəhlə Partiyasının (PKK) Suriya üzrə qolu olan PYD-nin ABŞ tərəfindən terror təşkilatı kimi tanınmaması barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kerbinin fikirlərinə Türkiyə tərəfinin etirazı səfirin diqqətinə çatdırılıb.
 
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü C. Kirbi keçirdiyi mətbuat konfransında ölkəsinin YPG silahlı birləşməsini terror qruplaşması kimi tanımadığını və ona dəstəyini davam etdirəcəyini bildirib.

Google+ WhatsApp ok.ru