Zika virusu Çinə də çatdı

Maide.az xəbər verir ki, Çinin Ciansi vilayətindən olan 34 yaşlı sakində Zika virusuna yoluxma faktı aşkarlanıb. Həmin şəxsin Zika virusuna ötən ay Venesuelada yoluxaraq Çinə qayıtdığı bildirilir. Hazırda həkim nəzarətində olan xəstənin vəziyyəti sabitdir.
 
Çin Milli Sağlamlıq və Ailə Planlanması Komissiyası hesab edir ki, Zika virusunun Çində yayılma ehtimalı çox aşağıdır.

Google+ WhatsApp ok.ru