Roma papası sentyabrda Azərbaycana səfər etmək niyyətindədir 10 Fevral 2016 02:00 Dünya Roma papası Fransisk Azərbaycan, Gürcüstan və Ermənistana səfər etmək niyyətindədir. Bu barədə “TASS”a Papa administrasiyasındakı məlumatlı mənbə məlumat verib. İlkin məlumata görə, səfər 2016-cı ilin sentyabrına planlaşdırılıb. Politoloqlar Papanın Ermənistana səfərinin Vatikan-Ankara münasibətlərinə təkrar ziyan vura biləcəyini qeyd edirlər. Qeyd edək ki, ötən il geri çağırılan Türkiyənin Vatikandakı səfiri bu yaxınlarda vəzifəsinin icrasına davam etməyə başlayıb. Xatırladaq ki, ötən il qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar Roma papası Fransisk Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə Romanın müqəddəs Pyotr kilsəsində dini ayin keçirib. Buna cavab olaraq Ankara Vatikandakı səfirini geri çağırmışdır. Teqlər : #Roma papası sentyabrda Azərbaycana səfər etmək niyyətindədir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran neftlə bağlı vəziyyəti Səudiyyə Ərəbistanı ilə müzakirə etməyə hazırdır ABŞ-ın Ankaradakı səfiri XİN-ə çağırıldı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO