ABŞ-ın ilk atəşkəs çağırışı Türkiyəyə

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Mark Toner ABŞ ilə Rusiya arasında Suriyada qarşıdurmaların dayandırılmasına yönəlik sazişə hər kəsin əməl etməsi istiqamətində müraciət etdiklərini bildirib. Toner, Türkiyənin də YPG-yə qarşı müdaxiləni dayandırması lazım olduğunu söyləyib.
 
Maide.az xəbər verir ki, Toner gündəlik mətbuat konfransında, Suriyada qarşıdurmaların 27 fevralda dayandırılmasına görə ABŞ ilə Rusiya razılaşması və YPG haqqındakı sualları cavablandırıb.
 
"YPG və PKK-nın əlaqəsi olmadığını" söyləyən Toner, "Türkiyənin PKK-ya qarşı müdafiə haqqı barədə narahatlıqlarını anlayırıq, amma sərhəd üzərindən top atəşlərini dayandırması çağırışı edirik. YPG-yə də Hələb və ətrafındakı əməliyyatlarının vəziyyəti daha da ağırlaşdırdığı və zərər verdiyini demişik" söyləyib.

Google+ WhatsApp ok.ru